2018-ci ilin I yarımilliyində (yanvar-iyun dövründə) iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir etmişdir.Azərbaycan Mərkəzi Bankının məlumatına verir ki, ilkin rəqəmlərə əsasən,
2018-ci ilin 6 ayında ölkəyə daxil olan pul baratları 681 milyon ABŞ dolları təşkil
etmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,3 faiz çoxdur.
2017-ci ilin I yarımilliyində ölkəyə daxil olan pul baratlarının məbləği 456 milyon dollar, 2016-ci ilin eyni dövründə isə 290 milyon dollar təşkil etmişdi.
çap et