Vaxt.Az

Gəncəlilər nədən narazıdır?


 

Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?

Gəncəlilər nədən narazıdır? Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaş qəbulu keçirib.

Qəbulda 45-ə yaxın Gəncə sakininin şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, vətəndaşlara torpaq sahələrinin verilməsi, qəzalı vəziyyətdə olan binaların təmiri, dam örtüklərinin dəyişdirilməsi kimi məsələlər üstünlük təşkil edib.

Həmçinin fərdi məşğulluq layihəsinin dəstəklənməsi, əlillik statusunun alınması ilə bağlı da müraciət edənlər olub. Bir çox  məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

 





01.09.2018    çap et  çap et