Vaxt.Az

“Azer Light” bu ilin rekorduna yaxınlaşır


 

Dünya bazarında neft ucuzlaşır, amma …

“Azer Light” bu ilin rekorduna yaxınlaşır Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar ucuzlaşaraq 77,42 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,45 dollar azalaraq 69,80 dollar olub.


***


Bütün bunlara baxmayaraq, Azərbaycan neftinin qiyməti bahalaşır.

Belə ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,35 dollar və yaxud 0,44 faiz artıb. Daha dəqiq “qara qızıl”ımızın qiyməti 79,38 dollar/barelə bərabər olub.

 





01.09.2018    çap et  çap et