Görünür, İtaliyanın xarici işlər naziri sadəcə cəbhə bölgəsindəki nisbi sakitlikdən bu qərara gəlib ki, guya vəziyyət normaldır. Almaniya kansleri Angela Merkel də bölgəyə səfəri zamanı atəşkəsə istinad edərək vəziyyətin normal olduğuna işarə etmişdi. Atəşkəsə istinad yanlışdır. Cəbhə bölgəsində istənilən an hər şey baş verə bilər. Bundan heç bir tərəf sığortalanmayıb. İtaliya ATƏT-in sədri kimi münaqişənin həllinin sürətləndirilməsi üçün heç nə təklif etmir. Məsuliyyətdən yaxa qurmarmaq üçün də “danışıqlarda irəliləyiş var” kimi beynəlxalq aləmə yanlış mesaj göndərirlər. Fikrimcə, Azərbaycan XİN cavab açıqlaması ilə danışıqlarda heç bir irəliləyişin olmadığını bildirməlidir, əks halda ətrafdakılar İtaliyanın xarici işlərin nazirinin sözlərinə inanacaqlar.