Rusiya mediası xəbər verir ki, Rusiya prezidenti başsağlığında bu qətli törədənlər layiqli cəzalarını alacaqlarını vurğulayıb: “Aleksandr Vladimiroviç əsl xalq lideri, mülayim və qətiyyətli insan idi. O, Donbasın vətənpərvəri idi. Öz məmləkətinin çətin dövründə üzərinə böyük məsuliyyət götürdü və insanları ardınca apardı. Zaxarçenkonun öldürülməsi alçaq cinayətdir. Bu, bir daha onu təsdiq edir ki, terror, zorakılıq yolunu seçənlər münaqişənin sülh, siyasi həllini axtarmaq istəmirlər. Onlar vəziyyəti gərginləşdirməyə nail olmaq istəyirlər. Lakin onlarda bu alınmayacaq”.
Xatırladaq ki, A.Zaxarçenko bu gün Donetskdə “Separ” kafesində törədilən partlayış nəticəsində öldürülüb.