Toplanış üçün müəyyən edilmiş Təzəkənd, Təkçinar ərazisinə Pənah Hüseyn, Akif Nağı, Şaiq Süleymanov, Şirxan Əliyev çata biliblər, yerdə qalan insanlara həmin əraziyə yaxınlaşmağa imkan verilməyib.
Təşəbbüsə dəstək verənlər Tərtər, Ağdam, Bərdə polis idarələrinə aparılıb, onlardan yazılı izahat alınıb və bir neçə saatdan sonra sərbəst buraxılıblar.
QAT sədri, Qarabağ Komitəsinin üzvü Akif Nağı bildirib ki, təşəbbüs işğal olunmuş ərazilərin azad edilməsi, yurda qayıdış ideyasının təbliği baxımından əhəmiyyətlidir və bundan sonra da bu cür təşəbbüslər davam etdiriləcək.
Sabiq baş nazir, Qarabağ Komitəsinin üzvü Pənah Hüseyn xüsusi olaraq vurğulayıb ki, “Yurda qayıdış” ideyası vacibdir, təkcə məcburi köçkünlər tərəfindən deyil, bütün Aqzərbaycan xalqı tərəfindən dəstəklənməlidir.