ABŞ-ın xarici işlər naziri Mayk Pompeo (Mike Pompeo), İdlibdəki son vəziyyətlə bağlı “Twitter” hesabından açıqlama verib.
Moskvaya İdlib barədə xəbərdarlıq edən Pompeo, bunları qeyd edib: “Sergey Lavrov, İdlibə Suriya və Rusiyanın edəcəyi hücumu müdafiə edir. Ruslar və Əsəd buna yol verməmək mövzusunda razılaşmışdılar. ABŞ bunu onsuz da təhlükəli bir qarşıdurmanın qızışması kimi görür. Onsuz da evlərini tərk etmək məcburiyyətində qalan və hazırda İdlibdə olan 3 milyon suriyalı bu hücuma görə əzab çəkəcəklər. Bu yaxşı deyil. Dünya bunu izləyir”.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hizer Nyuert (Heather Nauert) də əvvəlki gün keçirdiyi mətbuat brifinqində Rusiyanın dəstəklədiyi Əsəd rejimihücumunun İdlibdəki vəziyyəti daha pis hala gətirəcəyini qeyd etmiş, kimyəvi silah istifadə edilməsi vəziyyətində isə ABŞ-ın variantlarının müəyyən olduğunu söyləmişdi.
ABŞ-ın müdafiə naziri Ceyms Mattis (James Mattis) də Suriyada Bəşər Əsəd rejiminin müxaliflərin yerləşdiyi bölgəyə kimyəvi silahları daşıdığına dair iddialara, "Bizim kimyəvi silah istifadəsinə qarşı verdiyimiz reaksiyanı iki dəfə görmüsünüz", - ifadəsini işlətmişdi.