İdxal isə Avqust ayında keçən ilin eyni ayı ilə müqayisədə 22,38 faiz azalaraq 14 milyard 875 milyon dollar təşkil edib.
Xarici ticarət kəsiri (idxalın ixracı üstələməsi) Avqust ayında 57.95 faiz azalaraq 2 milyard 487 milyon dollar olub.
Nazirlikdən verilən məlumatlara görə, xarici ticarət dövriyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 15,88 faiz azalaraq 27 milyard 264 milyon dollar təşkil edib. İxracın idxalı qarşılama nisbəti isə 83,3 faizə yüksəlib.
İxrac, cari ilin yanvar-avqust dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 162 milyard 417 milyon dollar, idxal isə 12,1 faiz artaraq 242 milyard 725 milyon dollar olub (80 milyard 308 milyon dollar kəsir).
Xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq 405 milyard 143 milyon dollar təşkil edib.