Vaxt.Az

Məşhur ayaqqabı markası müflis oldu


 

Lirənin inflyasiyası Türkiyənin tanınmış brendini vurdu

Məşhur ayaqqabı markası müflis oldu Türkiyədə 150-dən çox satış nöqtəsi olan “Hotiç” şirkəti borclarını ödəyə bilməyəcəyini açıqlayıb.

Şirkət Türk Lirəsinin dəyərdən düşməsi və kredit faizlərinin yüksəlməsi nəticəsində iflasın astanasına gəlib.

Şirkətin İcraçı direktoru Alihan Hotiç bildirib ki, qısamüddətli ödəmələrdə çətinlik çəkirlər. Bu səbəbdən konkordat (müflisləşmə razılaşması) elan edilir

“Hotiç” şirkəti ayaqqabı və çantalar istehsal edir.

 





02.09.2018    çap et  çap et