Vaxt.Az

Məhkəmədə jurnalistin həbsi istənildi


 

Vəsatət verəninsə adı seksdən tutmuş, korrupsiyaya qədər bir neçə qalmaqalda hallanır

Məhkəmədə jurnalistin həbsi istənildi Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində saat 09:30- da Kəlbəcər təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun iddiası ilə jurnalist Ərşad İbrahimov haqqında başlanılmış cinayət işinin hazırlıq məhkəməsi olub.

Avropa.info xəbər verir ki, keçmiş təhsil şöbəsinin müdiri Məhəmməd Bağırov məhkəmədə jurnalist Ərşad İbrahimovun həbs olunması ilə bağlı vəsatət qaldırıb. Məhəmməd Bağırov vəsatətində bildirib ki guya jurnalist ona və şahidlərə təzyiq edir. Buna görə də, haqqında həbs qəti-imkan tədbiri seçilməlidir. Bundan sonra məhkəmə prosesi saat 17:00-a qədər təxirə salınıb.

 Qeyd edək ki, Məhəmməd Bağırovun adı uzun müddətdir ki, gənc kəlbəcərli qıza seks təklifindən tutmuş, korrupsiya qalmaqalında belə hallanır. Hazırda Respublika Prokurorluğunda onun haqqında korrupsiya və rüşvət faktları ilə bağlı cinayət işi qaldırılıb. Bağırov isə vəzifəsindən azad olunmasında və haqqında cinayət işi qaldırılmasında araşdırmaçı jurnalist Ərşad İbrahimovu suçlu bilir.

 





20.02.2014    çap et  çap et