“Kanadanı yeni NAFTA sazişində saxlamağa heç bir siyasi ehtiyac yoxdur. Biz əgər onilliklər ərzində ABŞ-ın digərləri tərəfindən sui-istifadə olunmasına son qoya bilməsək, o zaman Kanada kənarda qalacaq”, – deyə Tramp öz “Twitter” hesabında yazıb.
Prezident əlavə edib ki, “Konqres danışıqlarda müdaxilə etməməlidir, əks halda mən NAFTA-nı bütövlüklə ləğv edəcəm və bununla da biz daha yaxşı vəziyyətdə olacayıq”.
Donald Tramp cümə günü Konqresə Meksika ilə ikitərəfli saziş imzalamaq niyyətində olduğu haqqında məlumat verib. Bu, NAFTA-nın yenilənməsi ilə bağlı Kanada ilə aparılan davamlı danışıqların bir nəticə verməməsindən sonra baş verib.
Qanunvericilər xəbərdarlıq ediblər ki, Kanada sazişdə olmadığı halda Meksika ilə ikitərəfli ticarət sazişi Konqresin dəstəyini əldə etməyə bilər. Bu cür sazişin Konqres tərəfindən təsdiq edilməsi üçün demokratların dəstəyinə ehtiyac olacaq.
Tramp bazar ertəsi bildirib ki, Kanada NAFTA-nın yenilənməsinə razılıq verməsə, o, Kanada istehsalı avtomobillərə tariflər tətbiq edəcək.