Döşəmə, divarlar, tavan, istifadə olunan rənglər, materiallar; bütün bunların ahəngi adamı Bakının keçmişinə aparır - sirli və möcüzəli bir məkana. Bu sirli, tarixi binanın müasir kitabın ixtiyarına verilməsi mənə görə son illərin ən əlamətdar hadisəsidir.
İçəridə oxucu üçün bütün şərait qurulub, azyaşlı uşaqlar üçün ayrıca guşə yaradılıb; kitabxana xidməti – yerindəcə kitab götürüb oxumaq olar; kompüter və internet xidməti pulsuzdur – ayrıca masalarda kompüterlər oxucuların istifadəsində olacaq. Eləcə də çay və kofe məkanı.
Kitab müzakirələri, təqdimatları keçirmək üçün də əla şərait yaradılıb.
İnanıram ki, bu mərkəz Azərbaycan kitab mədəniyyətinin inkişafına yeni mərhələ olacaq. Bu əvəzsiz töhfədən gələcək nəsillər layiqincə faydalana biləcək. Buraxdığımız kitabların oxucuya təqdimatında biz naşirlərə də böyük dəstək olacaqdır.
Kitab mərkəzinin yaradılmasında əməyi keçən hər kəsə ürəkdən təşəkkür və təbriklərimi çatdırıram. İnanıram ki, Günel xanımın açılışla bağlı yaşadığı həyəcan həm də cəmiyyətimizin kitaba biganəliyi ilə bağlı bir təbilidir.
Bir daha naşirləri, kitabçıları, yazarları ürəkdən təbrik edirəm.