Vaxt.Az

Kim Çen In parada hazırlaşır


 

Şimali Koreyanın addımı barışıq səylərinə təsir edəcəkmi?

Kim Çen In parada hazırlaşır Peyk fotoları Şimali Koreyanın növbəti hərbi parad hazırlıqları keçirdiyini göstərir. Bu, Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində aparılan diplomatik səylər fonunda yeni narahatlıqlara səbəb olub. Buna baxmayaraq, təhlilçilər hərbi paradın ölkənin ən böyük ballistik raketinin nümayişi üçün keçirildiyinin aydın olmadığını bildirirlər.

Pxenyan 9 sentyabr tarixində, ölkənin əsasının qoyulmasının 70 illiyi münasibətilə bir neçə böyük miqyaslı tədbir keçirməyi planlaşdırır. Onların arasında həbi parad, xarici nümayəndələrin gəlişi və son beş ildə ilk dəfə keçiriləcək kütləvi xoreoqrafiya olacağı gözlənilir.

Paradlar uzun müddət Şimali Koreya üçün hərbi qüdrət nümayişi vasitəsi olub. Sentyabr paradının ölkənin nüvə ballistik raket arsenalından əl çəkməsi mövzusunda həssas diplomatik danışıqlar zamanı keçirilməsi isə narahatlıqlar yaradır.

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Tramp ilə iyun ayında görüşərək, Koreya yarımadasının nüvəsizləşdirilməsinə razılıq vermişdi. Lakin həmin zamandan bəri hər iki tərəf danışıqlar prosesinin ləngiməsi ilə bağlı digərini tənqid edir.

 





02.09.2018    çap et  çap et