Vaxt.Az

Sərkisyana növbəti ittiham


 

Bu dəfə saxtakarlıq

Sərkisyana növbəti ittiham Ermənistanın Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də baş vermiş hadisə çərçivəsində yeni cinayət işi açıb. “İnterfax” xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Bildirilib ki, yüksək rütbəli polis əməkdaşları 2008-ci il fevralın 29-da Yerevanda “Azadlıq” meydanına toplaşanlardan silah və partlayıcı maddələrin olması haqqında məlumatı saxtalaşdırıblar: “Sənədi Ermənistan prezidenti Serj Sərkisyanın təsdiqlədiyi “Martın 1-i hadisələri ilə bağlı faktların toplanması qrupu” saxtalaşdırıb. Bununla da yüksək vəzifəli şəxslər qrup mənafeyindən çıxış edərək, polisin hərəkətinə bəraət qazandırmaq, qanunsuz fəaliyyəti ört-basdır etmək və məsuliyyətdən yaxa qurtarmaq üçün yalan məlumatlar təqdim edib. Martın 1-2-də baş vermiş hadisələrlə bağlı cinayət işinə “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək”, “vəzifə səlahiyyətlərini aşmaq” və “qəsdən xidməti sənədləri saxtalaşdırmaq” maddələri əlavə edilib”.

2008-ci il martın 1-də prezident seçkisinin nəticələrinə etiraz olaraq minlərlə insanı iştirakı ilə aksiya keçirilib. Həmin aksiya polis və hərbçilərin müdaxiləsi nəticəsində dağıdılmış, 10 etirazçı ölmüş, 250-dən çox aksiyaçı isə yaralanmışdı. Həmin gün Serj Sərkisyanın seçkidə qalib gəldiyi elan edilmişdi.

Ermənistanda konstitusiya quruluşunun devirilməsi ittihamı əsasında keçmiş prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı cinayət işi başlayıb.

 





03.09.2018    çap et  çap et