Vaxt.Az

45 gün möhlət


 

Nazirlik karxanalara tələblərini irəli sürdü

45 gün möhlət Ekologiya və Təbii Sərvətlər Nazirliyində Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarının sahibkarları və istismarçılarının nümayəndələri ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, görüşdə bir sıra həlli vacib məsələlər müzakirə edilib. Əksər karxana istismarçılarında yerin təkindən istifadə üçün torpaq ayırmaya dair sərəncamların, geoloji və ekoloji sənədlərin olmadığı, istismarı başa çatmış sahələrdə rekultivasiya işlərinin aparılmadığı, yataq ayırma hüdudundan kənara çıxıldığı, istismar zamanı norma və qaydalara riayət olunmadığı görüş zamanı onların diqqətinə çatdırılıb.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb və irəli sürülən qanuni tələblər onlar tərəfindən anlayışla qarşılanıb. Nazirlik tərəfindən karxanaların istismarı zamanı mövcud olan nöqsanların aradan qaldırılması və tələb olunan sənədlərin tam qaydaya salınması üçün karxana sahiblərinə 45 gün vaxt verilib.

 





04.09.2018    çap et  çap et