Rusiyanın döyüş təyyarələri Suriyanın İdlib bölgəsini bombalayır. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, rus hərbi təyyarələri İdlibi 22 günlük susqunluqdan sonra yenidən vurmağa başlayıb. Bununla da Rusiya bölgədə əməliyyat keçirməyə hazırlaşan Bəşər Əsəd hərbçilərinə dəstək verir.Ekspertlər bölgədə silahlı müxaliflərlə yanaşı, 3 milyondan çox dinc əhalinin də yaşadığını bildirirlər. Onlar Əsəd qüvvələrinin İran və Rusiyaya məxsus qüvvələrlə birgə həmin əhaliyə qarşı qətliam törədəcəyindən ehtiyat edirlər.
çap et