Toni Bleyer 2014-cü ildən etibarən TAP konsorsimunun məsləhətçisidir. Onun ofisindən İtaliya daxili işlər naziri ilə planlaşdırılan görüşün səbəbi haqda birbaşa danışmaq istəməyiblər. Lakin Matteo Salvini deyib ki, o Bleyerdən boru kəməri və digər məsələlərlə fikir mübadiləsi etməyə hazırdır.
Toni Bleyer populizmin təhlükəli olduğunu diqqətə çatdıracaq və Salvinini boru kəmərinin əhəmiyyətinə inandırmağa çalışacaq.
İtaliyanın hakim hökumət koalisiyasını formalaşdıran “5 Ulduz” hərəkatı və “Şimal liqası” arasında TAP-a dair ciddi fikir ayrılıqları var. Bu ilin iyul ayında Salvini deyib ki, boru kəmərini dəstəkləyir. Çünki TAP İtaliyada qazın qiymətinin aşağı salınmasına imkan yaradacaq.
Lakin bir neçə gün sonra “5 Ulduz” hərəkatından ətraf mühit naziri Barbara Lettsi TAP-ın İtaliya üçün gərəksiz olduğunu bildirib. Və bu layihəyə yenidən baxılacağını bildirib.