Vaxt.Az

Pirvrediyevin yox olan etibarı


 

Prezident İlham Əliyev “Azərenerji”nin rəhbərini qovdu, yerinə ...

Pirvrediyevin yox olan etibarı Azərbaycan Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbəri Etibar Pirverdiyevi vəzifədən çıxarılması barədə sərəncam imzalayıb. Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Etibar Sinabəddin oğlu Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2018-ci il.”

***

Dövlət başçısı “Azərişıq”ın sədri Baba Rzayevlə də bağlı iki sərəncam imzalayıb. B.Rzayev bir sərəncamla tutduğu vəzifədən azad olunub, digər sərəncamla isə “Azərenerji” ASC-nin prezidenti təyin olunub.

 





04.09.2018    çap et  çap et