Dünən “New York Times” qəzetində yer alan məqalədə Ağ Evdəki adı çəkilməyən mənbəyə istinadən yüksək çinli məmurların Trampın əleyhinə etdikləri cəhdlərdən bəhs olunub. Buna cavab olaraq Tramp bəyan edib ki, qəzet milli təhlükəsizlik maraqları baxımından həmin mənbənin adını açıqlamalıdır.
Mənbələr bildiriblər ki, Tramp ətrafına inanmır. Mənbələrdən biri hətta iddia edib ki, ötən il Trampda “şübhəli” şəxslərin siyahısı da olub.
“Bizə onlardan qurtulmaq lazımdır. İlanlar hər yerdə var, amma biz onlardan qurtuluruq”, - mənbənin sözlərinə görə, Tramp məhz belə deyib.