Yanacaq qənaəti təmin etdiyinə görə sürücülər mexaniki sürətlər qutusuna üstünlük verirlər. Mexaniki sürətlər qutusu "Audi" üçün artıq yavaş-yavaş tarix olur.Almaniyanın avtomobil nəhəngi gələn ildən ABŞ bazarında mexaniki sürətlər qutusu ilə avtomobil istehsal etməyəcəyini açıqlayıb.
2019-cu ilin əvvəlindən etibarən bu qərar qüvvəyə minəcək.
Mütəxəssislər, texnologiyanın inkişafı nəticəsində artıq avtomatik sürətlər qutusu ilə mexaniki sürətlər qutusu arasında yanacaq qənaəti baxımından bir fərq qalmadığını bildirirlər.
çap et