Vaxt.Az

Faktlar proqnozları üstələdir


 

Məlumatlar gözləndiyindən daha kritik oldu

Faktlar proqnozları üstələdir ABŞ-da avqustda kənd təsərrüfatı xaric məşğulluq 201 min artaraq proqnozu aşıb. Proqnoz 190 min idi. Əvvəlki ayın göstəricisi 157 mindən 147 minə dəyişdirilib.

Avqustda işsizlik 3.9 faiz səviyyəsində olub. Proqnoz 3.8 faiz idi.

Saatlıq maaş aylıq müqayisədə 0.4 faiz artaraq 0.2 faizlik proqnozu üstələyib. Əməkhaqqılarında illik müqayisədə artım isə 2.9 faiz olub. Proqnoz 2.7 faiz idi.

Faktların proqnozları üstələməsilə dollar bahalaşmağa başlayıb. Bakı vaxtı ilə saat 17:00-da avronun dollara olan məzənnəsi 1.1552 səviyyəsinə düşüb. Dollar avro qarşısında 0,5 faiz dəyər qazanıb.

Güclü rəqəmlər, FED-in buaykı toplantısında və dekabrda faiz artıracağı ehtimalını yüksəldib.

 





07.09.2018    çap et  çap et