Vaxt.Az

İstaillə hərbi əməkdaşlıq


 

Dövlət maraqları və strateji mövqe - II yazı

İstaillə hərbi əməkdaşlıq Ötən yazımızda Azərbaycan və İsrail dövlətləri arasında əlaqələrdən, bu əlaqələrin yüksək səbiyyəsi və getdikcə daha da istiləşən münasibətlərin gələcəkdə iki ölkəyə verəcəyi tövhələrdən bəhs etmişdik. Eyni zamanda, iki xalq arasında əsrlərdir qorunub saxlanan dostluq münasibətlərinə, ölkələrarası ticari əlaqələrə və Azərbaycandakı mültikultural mühitin dünya üçün nümunə olması faktına da diqqət yönəltmişdik. Bu yazımızda isə Azərbacanla İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı səviyyəsi və bunun inkişaf etdirilməsinin zəruriliyi barədə fikirlərimizi böküşəcəyik.

***

İsrail, Fransa, Almaniya və Çin kimi nəhəng silah ixracatçısı olan ölkələri artıq geridə qoyub. Rəsmi məlumatlara görə, son üç ildə İsrailin hərbi sənaye kompleksinin ixracatı 20,3 milyard dolları əhatə edib. Azərbaycan son 10 ildə İsrailə 5 milyard dollara yaxın hərbi sifarişlər verib. Bu rəqəmlərin növbəti mərhələlərdə daha da artacağına dair gözləntilər böyükdür. Bu günə qədər isə Azərbaycan İsraildən pilotsuz uçuş aparatlarından tutmuş, raket komplekslərinə qədər bir çox silah və hərbi texnika növləri alaraq, Silahlı Qüvvələrin arsenalına əlavə edib. Məsələn, Stokholmda yerləşən Sülh problemləri araşdırmaları İnstitutu (SIRRI) ötən il Azərbaycanın bir il ərzində İsraildən aldığı hərbi texnikanın siyahısını yayıb. Bu məlumatlar hazırda da əlçatandır və internetin axtarış imkanlarından istifadə edib, Azərbaycanın İsraildən aldığı silah növləri ilə tanış olmaq mümkündür. SIRRI-nın açıqladığı məlumatlara görə, Azərbaycan ötən il İsraildən ORV-62 keşikçi katerləri, “Orbiter-1K” pilotsuz döyüş sursatı, “Gren Pine” raketdən müdafiə sisteminin EL/M-2080 radarı, yüngül idarəolunan LAHAT raketləri, kəşfiyyat-zərbə pilotsuz aparatları “Harop”, SandCat zirehli avtomobilləri və həmin avtomobillərin “Spike-LR” universal raketləri ilə silahlanmış Spike-MR/LR zirehli maşınları, eləcə də "Barak-8" zenit-raket kompleksləri əldə edib. Habelə Azərbaycan ötən il İsraildən “Dəmir Günbəz” raketdən müdafiə sistemi və bu sistemə aid “Tamir” raketlərini sifariş verib. Bu, təkcə bir ilin göstəricisidir. Əvvəlki illərdə də Azərbaycan İsraildən müxtəlif növ silah, raket kompleksləri və döyüş maşınları alıb. Bu sırada reaktiv yaylım atəş sistemləri və pilotsuz uçuş aparatları, 22 mm-lik qrad, 305 mm-lik extra operativ-taktik raket sistemləri (uçuş məsafəsi 150-160 km) və sair hərbi texnika növlərinin adını çəkmək olar. Bundan başqa, ötən illərdə İsrailin “Erbit” şirkəti ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan Silahlı Qüvvələrinin rabitə sistemi tamamilə yenilənib. Yeri gəlmişkən, aprel döyüşlərində istifadə olunmuş dünyanın ən müasir tank əleyhinə raket kompleksləri olan "Spayk” da məhz İsraildən alınıb. Ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında İsrail istehsalı olan müxtəlif snayper, avtomat, pulemyot və tapancalar da var. Onu da qeyd etməliyik ki, hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkətlərinin birgə qurduğu müəssisələr də fəaliyyət göstərir. Bu müəssisələrdə müxtəlif növ döyüş texnikası istehsal olunur.

***

Ötən yazımızda da qeyd etdiyimiz kimi, Azərbaycanla İsrail arasındakı münasibətlərin indiki səviyyəsi işğalçı Ermənistanı qıcıqlandırır və beynəlxaq müstəvidə əsasən erməni diasporunun fəalllığı ilə bu münasibətlərə soyuqluq qatmağa hesablanmış addımlar atılır. Zaman-zaman dünya mətbuatında Azərbaycan-Israil münasibətlərinə kölgə salmağa yönəlmiş müxtəlif təxribatçı yazılara rast gəlinib. Belə hallar bu gün də ara-sıra gözə dəyir. Lakin bütün bunlara baxmayaraq iki ölkə arasında əlaqələrin genişlənməsi, əməkdşalığın getdikcə daha çox sahəni əhatə etməsi göstərir ki, münasibətlər güclü siyasi iradəyə, dövlət maraqlarına və xalqlar arasında əsrlərdir qorunub saxlanan dostluq ruhuna söykənirsə, heç bir qüvvə bu gedişatı poza bilməz. Azərbaycan müstəqil dövlətdir və xarici siyasətinin prioritetlərini də Ermənistandan fərqli olaraq özü müəyyən edir. Bu baxımdan, İsraillə hərbi əməkdaşlıq məsələlərinə kənardan hər hansı qüvvənin müdaxilə etməsi və mövcud münasibətləri pozmaq məqsədilə müxtəlif təxribatçı addımların atılması tamamilə boş çəhdlərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, heç kəs Azərbaycanı müstəqil siyasətindən çəkindirə bilməz: “Biz tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik”.

***

Azərbaycan işğala məruz qalmış ölkədir. Ordunun gücləndirilməsi, onun müasir hərbi texnika ilə təmin edilməsi Azərbaycanın doğal haqqıdır. İsraillə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirilməsi də dövlətimizin strateji xəttini ehtiva edir. Azərbaycan Ermənistandan fərqli olaraq heç bir ölkədən yardım almır, ordunun tələbatını ianələr hesabına təmin etmir və heç bir ölkə tərəfindən silahlandırılımır. Biz başqa ölkələrdən hərbi texnikanı yalnız öz vəsaitlərimizlə alırıq. Bu, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Bu xüsusda İsraillə qurulmuş əlaqələr də sözsüz ki, daha da inkişaf etdirilməli və növbəti mərhələlərdə daha çox silah növləri alınaraq Ordumuzun arsenalına əlavə olunmalıdır. Azərbaycan dövləti tamamilə doğru bir xətt yürüdür və bu xətt həm dövlət təhlükəsizliyi, həm Ordunun gücləndirilməsi, həm də regional təhlükəsizlik nöqteyi nəzərindən olduqca vacibdir.

***

Müşahidələr göstərir ki, Azərbaycanla İsrail arasında hərbi-texniki sahədə əməkdaşlıq qarşıdakı mərhələlərdə daha da dərinləşəcək. Qarşılıqlı rəsmi və işgüzar səfərlərin getdikcə intensivləşməsi və müzakirələrin davamlı şəkil alması onu deməyə əsas verir ki, hər iki ölkə əlaqələrin səviyyəsinin daha da yüksəlməsində maraqlıdır. Müzakirələrdə hərbi və hərbi-texniki sahəyə aid məsələlərin ön planda olması da diqqətdən yayınmır. Bu onu göstərir ki, Azərbaycan İsraildən aldığı hərbi texnikanın sırasını yaxın dövrlərdə daha da genişləndirə bilər. Məsələn bu sırada uçuş vasitələri, müasir zirehli maşınlar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər və pilotsuz uçuş aparatlarını gözləmək olar. Yeri gəlmişkən, bu günlərdə ölkəmizdə səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanın Prezident İlham Əliyevlə, eləcə də müdafiə naziri Zakir Həsənovla keçirdiyi görüşlərdə iki ölkə arasında hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

***

İsraillə hərbi sahədə əməkdaşlıq etməyimiz, kimin hansı reaksiyanı verməsindən asılı olmayaraq Azərbaycanın dövlət maraqlarına cavab verir. Torpaqlarımızın işğal faktı aradan qalxmayınca, Azərbaycan İsraildən silah tədarükünü artırmalı, eləcə də digər sahələrdə əməkdaşlığı genişlədirməlidir. Əməkdaşlığın səviyyəsinin yüksəldilməsi sözsüz ki, İsrailin də maraqlarına cavab verir. Avrasiya regionunda Azərbaycan qədər İsraillə dərin münasibətləri olan ikinci bir ölkə yoxdur. Eyni zamanda, dünyada ən böyük yəhudi icması da məhz Azərbaycanda yerləşir. İsrail dünya bazarında Azərbaycan neftinin ən böyük alıcılarından biridir. Biz bu əlaqələri daha da inkişaf etdirilməli və dövlətimizin atdığı addımları dəstəkləməliyik.

 





21.09.2018    çap et  çap et