Vaxt.Az

ATV-nin aparıcısı «Facebook»u hədələdi


 

Teleaparıcı sosial şəbəkə ilə yanaşı 2 qəzeti də məhkəməyə verir

ATV-nin aparıcısı «Facebook»u hədələdi Azərbaycanda «Facebook» sosial şəbəkəsi məhkəməyə verilib. Teleqraf.com-un xəbərinə görə, sosial şəbəkənin məhkəməyə verilməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi göndərilib.

Teleaparıcı İlham Mirzəyevin məhkəməyə göndərdiyi iddia ərizəsində «Facebook» sosial şəbəkəsi ilə yanaşı «Yeni Müsavat» və «Azadlıq» qəzetləri, Yasamal Rayon Məhkəməsində mühakimə olunan Asif Əliyevin anası Lyudmilia Əliyeva da məhkəməyə verilib.

Teleaparıcı şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edib və cavabdehlərdən pul tələb edir. Yaxın günlərdə İlham Mirzəyevin iddiası üzrə məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, Asif Əliyev İlham Mirzəyevin şikayəti əsasında həbs edilib. Teleaparıcı iddia edib ki, Asif Əliyev onu hücum edib və sağlamlığına xəsarət yetirib. Lakin Asif Əliyev belə bir hadisənin olmadığını və İlham Mirzəyevin ona şər atdığını deyib.

Asif Əliyevin anası Lyudmilia Əliyeva mətbuat orqanlarında çıxış edərək İlham Mirzəyevin oğlunu şərlədiyini deyib. Bundan başqa, İlham Mirzəyev «Facebook»da haqqında olan səhflərin ləğv edilməsini istəyib.

 





20.02.2014    çap et  çap et