Qeyd edək ki, İlhamə Qədimova Bakı şəhərində anadan olub.
1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüququ üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri doktoru elmi dərəcəsi alıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquq şöbəsində baş məsləhətçi işləyib. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin mayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.