Vaxt.Az

Tramp yenə də “birinci növbədə Amerika” dedi


 

ABŞ-ın neçə dostu var?

Tramp yenə də “birinci növbədə Amerika” dedi ABŞ prezidenti Donald Trampın BMT-dəki uzun çıxışını dinlədim. Çıxışının əsas leytmotivi seçkiqabağı şüarını təkrarlayırdı: “Birinci növbədə Amerika!” Yəni BMT tribunasından dünyaya mesaj verdi ki, Amerika dünya dövlətlərinin dərdini çəkməyəcək, kimsəyə pul verməyəcək, vergi güzətşləri olmayacaq, borcu olanlardan pulu zorla alacaq və s. Trampın çıxışında o da bəlli oldu ki, Amerikanın dostları azdır. Dostlar siyahısında İsrail, Polşa, Səudiyyə Ərəbistanı və İordaniyanın adı çəkildi, Trampın başqaları ilə hesabı var, içərisində Almaniya da var.

Tramp “İordaniya Suriyadan milyonlarla qaçqın qəbul edib” deyərək Türkiyənin adını çəkmədi, halbuki, Türkiyə İordinayadan çox suriyalı qaçqın qəbul edib. Bu arada, Trampdan sonra çıxış edən Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan yenə illərdir təkrarladığı firki söylədi: Dünya 5 dövlətdən böyükdür!. Yəni Ərdoğan demək istəyir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artmalıdır və içərisində Türkiyə də olmalıdır. Yaxşı və haqlı arzudur. Ancaq yaxın zamanlarda reallaşacağı problematikdir. Çünki, Ərdoğanın nəzərdə tutduğu beşlərə altıncı, yeddinci və səkkizinci lazım deyil.

 





25.09.2018    çap et  çap et