Bu müqavilə heç şübhəsiz ki, Kremlin razılığı olmadan imzalanmazdı. Bəs Putin Administrasiyası niyə görə mübahisəni çeçenlərin xeyrinə həll etdi?
Burda bir neçə amil var. İlk növbədə Çeçenistan rəhbəri Ramzan Kadırovun faktoru. Belə ki, Kadırov çeçenlərin arasında nüfuzunu daha da gücləndirmək və hakimiyyətdən getdikdən sonra da təsir gücünü saxlamaq isdəyir. Buna görədə adını tarixə salacaq mühüm bir işə imza atmalıydı. Rusiya prezidenti qarşısında xüsusi xidmətlərinə görə Putin də onu mükafatsız qoymadı.
İkinci bir məsələ Moskvanın narazı çeçenləri razı salmaq üçün bu işi həyata keçirməsidir. Aydın məsələdir ki, müharibə bitsə də, Rusiyadan narazı olan insanlar Çeçenistanda çoxluq təşkil edir. Bu insanlar əsasən yeniyetmə gənclərdən ibarətdir. Kreml onların problemə çevrilməsini arzulamır. Bu müqavilə ilə millətçi çeçen gənclərinin istəyi yerinə yetirildi. Onların “dədə-baba torpağımız” dediyi yerlər yenidən onlara qaytarıldı.
Üçüncü bir məsələ isə Moskvanın bölgə xalqları arasında ənənəvi ədavəti alovlandırmasıdır. Kreml düşünür ki, imperiyaların “parçala və hökmranlıq et” siyasəti nəticəsində bölgə daha yaxşı idarə ediləcək. Amma bu məsələ həll olunmasa və böyük problemə çevrilsə onun Rusiya və Qafqaz regionu üçün nəticələri çox ağır ola bilər.
Xarici dəstək sayəsində dini amillər də narazılığı gücləndirsə, münaqişə idarəolunmaz hal alaraq xaosa çevrilə bilər. Gələcəkdə baş verə biləcək böyük bir silahlı qarşıdurmanın əsası qoyula bilər. Sosial vəziyyəti burda elədə ürəkaçan inquşların Moskvaya qarşı bir incikliyi arta bilər. Bu da xalqı qıcıqlandıra bilər. Ümumilikdə, Şimali Qafqaz regionunda dövlət hakimiyyətinin zəifləməsi, bilavasitə Putinin nüfuzunun azalması Kremlin arzulamadığı bir haldır. Sonda bildirək ki, müqavilə artıq təsdiq edilib və inquşlar bundan narazıdır. Bu artıq bir faktdır. Ancaq Putin hakimiyyətinin bu narazılığı necə həll edəcəyindən və bunda hansı siyasəti güdüyündən isə Kremlin divarlarından çölündə olanlardan heç kəsin xəbəri yoxdur.