Vaxt.Az
Daha bir xoş məram
Folklor nümunələrinin və ənənəvi biliklərlə bağlı tədbirlər keçiriləcək
Azərbaycanda qeyri-maddi mədəni irsin tərkib hissələrinin qorunub saxlanılması, bu sahədə qanunsuz mənimsənilmələrin və əsassız itkilərin qarşısının alınması, folklor nümunələrinin və ənənəvi biliklərin UNESCO-nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçiriləcək. Lent.az-ın verdiyi məlumata görə, bu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təsdiq etdiyi «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əksini tapıb.Konsepsiyada qeyd edilib ki, milli qanunvericiliyin kompleks şəkildə təkmilləşdirilməsi, müəlliflik hüququnun və əlaqəli hüquqların qorunması, beynəlxalq normativ hüquqi bazanın tətbiqi və inkişafında iştirak təmin ediləcək. Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması və müvafiq beynəlxalq təşkilatlarla, eyni zamanda xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsi təmin ediləcək.
03.01.2013 çap et