Dünən isə (19 fevral) «VESTİ» qəzetinin Kiyevdəki əməkdaşı Vyaçeslav Veremiy öldürülməsi xəbər yayılıb. Vaxt.az məlumatı jurnalistin çalışdığı vesti.ua saytından əldə edib.
Saytın yazdığına görə, jurnalist ötən ay yanvarın 20-də gözündən güllə yarası aldığı üçün görmə qabiliyyətini itiribmiş. Ayın 18-də işə çıxan Vyaçeslav Vremiy elə həmin gün axşam saytın kompüter mütəxəssisi Aleksey Lımarenko ilə işdən evə gedərkən bir neçə dəyənək və odlu silahla silahlanmış maskalının hücumuna məruz qalıb. Maskalılar qəflətən işıqforda dayanan, Vyaçeslav və Alekseyin əyləşdiyi taksiyə hücum ediblər. Onlar əvvəlcə taksinin içərisinə «molotov kokteyli» atıblar. Sonra sürücü ilə iki sərnişini taksidən düşürərək döyməyə başlayıblar. Ağır zərbələr dəyən sürücü ayağından ciddi travma alıb. Alekseyin üzü tanınmaz hala düşüb. Vyaçeslav isə sinəsindən güllə yarası alıb.
Xəstəxanaya çatdırılan jurnalistin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Həkimlər bir neçə saat çalışsa da çox qan itirdiyi üçün Vyaçeslavı xilas edə bilməyiblər. Dünən səhər Vyaçeslav Veremiy cərrahiyyə stolunda həyatla vidalaşıb.
«Vesti» qəzeti yazır ki, Kiyev bürosu açılandan bəri Vremiy oranın aparıcı əməkdaşı olub olub. Jurnalist sosial mövzularda kəskin yazılar yazıb, araşdırmalar aparıb, Avromaydandan reportajlar hazırlayıb. 33 yaşlı Vyaçelsav Vremiyin 4 yaşlı oğlu yadigar qalıb.