Birincisi, Səudiyyə vətəndaşı Camal Qaşıqçının İstanbulda qətli hamı kimi ABŞ cəmiyyətini də şoka saldı. Bundan sonra Vaşinqtonun Səudiyyə Ərəbistanını dəstəkləməsi çətinləşdi.
İkincisi, Səudiyyənin hərbi təyyarələrinin Yəmən ərazisini bombardmanları zamanı mülki insanlar da həlak olur. Bombardmanlardan birində 50 məktəbli həlak olmuşdu. Bu da beynəlxalq aləmdə, o cümlədən ABŞ cəmiyyətində etiraz doğurdu.
Üçüncüsü, ABŞ Konqresinə seçkilər yaxınlaşmaqdadır. Prezident Donald Tramp daha çox respublikaçının qələbəsini arzulayır. Buna görə də Ağ Ev sahibi xarici siyasətdəki yükdən mümkün qədər qurtulmalıdır. Səudiyyəyə dəstək Ağ Ev sahibinin və onun tərəfdarlarının reytinqə mənfi təsir edə bilər. Ona görə də Vaşinqton Səudiyyə ilə münasibətlərdə bir az məsafə saxlamağa qərar verib.
Buna baxmayaraq, Vaşinqton Yəməni husilərə və bu qüvvələrin arxasında dayanan İrana təslim etmək istəmir. Vaşinqtonun tələbi budur ki, tərəflər 30 gün ərzində danışıqlar masası ətrafında oturmalıdırlar. Əslində bu Ər-Riyadın da faydasınadır. Çünki, yalnız bombardmanlarla Yəməndə husiləri məğlub etmək mümkün olmayacaq. Yəməndə atəşkəs və sülh danışıqlarının başlaması Səudiyyə Ərəbistanının da xeyirinədir.