Amma bəlkə də onların heç biri öz taleyi ilə insanların qəlbində Müşfiq qədər yer tuta bilməyib.
Bunun izahını tapmaq çətindir.
Çox erkən bitən həyatının təsiri böyükdür.
Bir tərəfdən bizi daima başqa aləmlərə doğru sürükləyən misilsiz poeziyası...
Və indi Müşfiqin bədəninin qalıqları barədə məsələ ortaya çıxanda hər birimiz sanki o ağrını yenidən yaşadıq.
29 yaşında bitən bu fəci ömrün ağrısını yenidən duyduq.
Bu qalıqlar doğrudanmı Müşfiqə aiddir?
Bunu elmi yolla sübut etmək mümkün olacaqmı?
Həqiqət ortaya çıxa biləcəkmi?
Bunu tibbi ekspertiza mütəxəssisləri yaxşı bilər.
Əslində bunları yox, başqa bir tərəfi yazmaq istəyirdim.
Antuan de Sent Ekzüperi...
“Balaca şahzadə”nin böyük yazıçısı.
O təyyarəçi idi.
II Dünya Müharibəsində Amerikaya getdi.
Vətəni Fransa işğal altında idi.
Ekzüperi buna görə çox üzülürdü.
Amerika ordusuna yazıldı.
Kəşfiyyat təyyarəsini sürürdü.
1944-cü il 31 iyulunda təyyarəsi hərbi hissəyə qayıtmadı.
Son günlərində sevgi əzabı çəkirdi.
Ətrafındakılara intihar barədə danışırdı.
Bir çox tarixçilər intihar etdiyi deyir.
Təyyarəsinin nasistlər tərəfdən düşürüldüyünü deyənlər də var.
Bu da bir yazıçının tapmaca dolu ölümü...
Amma 2000-ci ildə balıqçıların toru Aralıq dənizində naməlum bir əşyaya tuş gəldi.
Bu Ekzüperinin qolbağı idi.
Üstündə hərbi nömrəsi yazılmışdı.
Araşdırmalar davam etdi, təyyarəsi də tapıldı.
Hələ də təyyarənin niyə görə qəzaya uğradığı müəyyən olunmayıb.
Belə...
O ki qaldı, Müşfiqə...
Cəsədin qalıqlarının ona aid olduğu təsdiqlənsə Mikayıl Müşfiq təntənələri bir mərasimlə Fəxri Xiyabanda dəfn edilsə çox gözəl olar.
Bu həm də bütün dünyanın gözündə stalinizmin ifşasına, eləcə də xalq olaraq verdiyimiz qurbanların təcəssümünə çevrilər.