Vaxt.Az

Tehran dalana dirənir


 

“Bank Melli İran”ın belini qıracaq aqibət

Tehran dalana dirənir ABŞ-ın sanksiya siyahısında “Bank Melli İran”ın Bakı filialı da var. Filial SWİFT sistemindən təcrid olunacaq, dollarla əməliyyatlar apara bilməyəcək.

Sanksiyalar ümumilikdə 700-dən çox fiziki və hüquqi şəxsi, gəmi və təyyarələri əhatə edib. İrandan neft idxal edən bəzi ölkələrin (Türkiyə, Yunanıstan, İtaliya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan) azaldılmış həcmdə müvəqqəti olaraq neft alışını davam etdirməsinə icazə verilib. Artıq ötən ay İranın neft ixracı pik vaxtlardakı həcmlə (2,7 milyon barel) müqayisədə 1 milyon barel aşağı düşüb. Türkiyə də idxalı azaldıb.

Oktyabrda İranda inflyasiya 36 faiz təşkil edib, işsizlərin sayı rəsmi rəqəmə görə, 12 faizdən çoxdur. Sanksiyalar bu mənfi tendensiyalara yeni təkan verəcək, iqtisadi artımın daha da zəifləməsinə, yatırımların, ixracatın azalmasına, kapital çıxışına səbəb olacaq. İran xalqı daha da yoxsullaşacaq.

Dövlətin siyasətində çətin ki, ciddi dəyişiklik baş versin, amma xalq ayağa qalxacaqmı? Əsas sual budur.

 





06.11.2018    çap et  çap et