Vaxt.Az

“Boş quyuya su tökməkdir...”


 

Fəzail Ağamalı: “Uşaqpulu artırılmalıdır”

“Boş quyuya su tökməkdir...” “Tikintiyə icazələrin alınması 30-35 günə endirilməli, özəl şirkətlərə texniki şərtlərin verilmə müddəti azaldılmalı, bu sahədə rüsumlar tamamilə ləğv edilməlidir”.

Vaxt.az xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisdə 2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı prezident İlham Əliyev tərəfindən yaradılan agentliyin üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəyinə əmin olduğunu bildirib: “Amma kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə dəstəyinə böyük ehtiyac var. Buna görə də sərbəst maliyyə vəsaitlərinin vahid bir mərkəzdə cəmləşdirilərək illik 5 faizdən yuxarı olmayan kreditlərin sahibkarlara əlçatan olması təmin edilməlidir”.

Millət vəkili bildirib ki, ildən-ilə elmə qoyulan vəsaitləri nə qədər artırsaq, problem həll olmayacaq.

“Elmin vəziyyətini ən azı dünya ölkələri səviyyəsinə qaldırmaq üçün bu sahədə islahatlara təkan verəcək proqram hazırlanmalıdır. Əks halda, bu sahəyə vəsait ayırmaq, boş quyuya su tökmək deməkdir. Çünki ölkələrin inkişafı elm və texnologiyanın inkişafı ilə birbaşa əlaqəlidir. Bununla yanaşı, ölkəmizdə bank sistemində problemləri həll etmək üçün top-100 səviyyəli bankarın ölkəmizə daxil olmasına imkan yaradılmalıdır”.

Millət vəkili həmçinin uşaqlara verilən birdəfəlik müavinətin 150 manatdan 200 manata artırılmasını, davamlı müavinətlərin verilməsini təklif edib.

 





14.11.2018    çap et  çap et