Erməni KİV-ləri bildirir ki, Paşinyan bu barədə dünən keçirdiyi mətbuat konfransında danışıb.
O, silahlı qüvvələrdə əsgərlərin qida rasionunun düzgün olmadığını və yeməklərin keyfiyyətsiz olduğunu qeyd edərək deyib: “Mən yeməkdən narazıyam. Döyüş mövqelərinə gedəndə xahiş etdim ki, mənə dadmaq üçün əsgər yeməyi gətirsinlər. Qidaları yedikdən sonra sadəcə dedim: bu, dəhşətdir. Biz bu məsələ ilə bağlı ciddi məşğuluq, məşğul da olacağıq. Amma başa düşmək lazımdır ki, məsələni bir gündə həll etmək olmaz”.
Paşinyan, həmçinin etiraf edib ki, əsgərlikdə olan oğlu zəng edərək ona qida məhsulları göndərilməsini istəyib: “Bu, pis siqnaldır”.
Paşinyanın oğlunun ondan yemək istəməsindən şoka düşdüyünü söyləyib.