Əbülfəz Elçibəy heç zaman Xocalı faciəsinə görə, eyni zamanda Qarabağ məsələsinə görə daxildə düşmən axtarışına çıxmadı. Onun bir tək düşməni vardı, o da Azərbaycanın bütün faciələrinin baiskarı-Rus imperializmi».
A.Səmədbəyli daha sonra A.Mütəllibovun Elçibəyi dissident kimi qəbul etməməsi, onların savadsız olması haqda dediyi fikirlərə də münasibət bildirib: «Əvvəla siz haqq dünyada olsaydınız, Elçibəy sağ olsaydı, sizin haqqınızda jurnalist ona sual versəydi, o, sizdən fərqli olaraq ancaq müsbət şeylər danışardı. Çünki haqq dünyada olan adamın dalınca danışmağı Elçibəy nakişilik sayırdı. Xalq Cəbhəsinin rəhbərliyində olmuş sağ qalanlar isə əminəm ki, sizə layiqli cavabı verəcəklər».