Vaxt.Az

“Bu, qəbuledilməzdir”


 

Nazir aktyorun məktəb direktorunu döyməsini pislədi

“Bu, qəbuledilməzdir” “Müəllimə həmişə hörmət olub. Məktəb rəhbərinə, müəllimə bu münasibəti pisləyirik və araşdırmanın nəticəsini gözləyirik”.

Bunu təhsil naziri Ceyhun Bayramov aktyor Rza Rzayevin Bakıdakı 175 saylı məktəbin direktoru Tural Mirzəliyevi döyməsi hadisəsinə münasibət bildirərkən deyib. 

Nazir qeyd edib ki, məsələyə düzgün hüquqi qiymət veriləcəyinə inanır.

“Azərbaycan cəmiyyətində həmişə müəllimə böyük hörmət görmüşük. Müəllimə qarşı fiziki gücün tətbiqi qəbuledilməzdir. Biz bilirik ki, hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hesab edirəm ki, bu işə düzgün hüquqi qiymət veriləcək”.

Son illər müəllimlərin nüfuzunun artırılması üçün tədbirlər görülüb. Təkcə bu il müəllimlərin işə qəbul üçün müraciətlərinin sayı artıb. 290 nəfər yüksək bal toplayan gənc müəllim olmaq istəyib. Bu il 235 gənc ibtidai sinif müəllimi olmaq üçün müraciət edib. Azərbaycan cəmiyyətində müəllimlərə olan hörmət və ehtiramın şahidi oluruq”.

Qeyd edək ki, noyabrın 20-də aktyor Rza Rzayev 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevi döyərək, ona xəsarət yetirib. T.Mirzəliyev aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib.

 





21.11.2018    çap et  çap et