Vaxt.Az

Bakılı belə danışır


 

Gənc tədqiqatçının yeni kitabı təqdim edilib

Bakılı belə danışır Gənc tədqiqatçı və sənətşünas Səyavuş Əlizadənin “Bakılı belə danışır – Bakı ləhcəsi” kitabının imza günü keçirildi.

“Kitabevim.az” kitab mağazasında keçirilən tədbirdə müəllif  bildirdi ki, tərtib etdiyi lüğət Bakı və Abşeronun ətraf kəndlərində (Bakı dialektində) işlədilmiş, arxaikləşmiş, ümumişlək söz və ifadələrin etnoqrafik, dialektoloji izahı verilən elmi nəşrdir: “Arxaik türk mənşəli sözlərdən ibarət olan bu lüğətin gələcəkdə dilçilər üçün gərəkli mənbə olacağına ümid edirəm”.

Onu da qeyd edək ki, kitabın baş məsləhətçisi mərhum Xalq yazıçısı Qılman İlkin (Musayev) olub, rəyçisi isə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmidir.

Gənc diyarşünas Səyavuş Əlizadə Azərbaycan Jurnalistlər Birliyinin və  Azərbaycan Filatelistlər İttifaqının üzvü, “Xəzər” bədii-etnoqrafik muzey-qalereyasının təsisçisidir.

 





23.11.2018    çap et  çap et