Vaxt.Az

“Ermənistan əziyyət çəkəcək”


 

Tehrandakı erməni kilsəsinin başçısı Paşinyanla razılaşmadı

“Ermənistan əziyyət çəkəcək” “Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın İran-Ermənistan sərhədinin bağlanacağı ehtimalı haqqında dedikləri reallığı əks etdirmir”.

“Report” xəbər verir ki, bunu Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sərkisyan bildirib.

Onun sözlərinə görə, son 28 ildə İran-Ermənistan sərhədi heç bir şərt irəli sürülmədən açıq olub.

Arxiyepiskop vurğulayıb ki, əgər sərhəd bağlansa, bundan yalnız Ermənistan ziyan çəkəcək: “İran güclü dövlətdir. O bütün təzyiqlərə müqavimət göstərəcək. Tehranla münasibətlərin korlanmasından yalnız Ermənistan əziyyət çəkəcək”.

Qeyd edək ki, N.Paşinyan bu ilin noyabrın 1-də parlamentdəki çıxışı zamanı ABŞ-ın Tehrana münasibətinə və başqa geopolitik problemlərə toxunub. O deyib ki, yaranmış vəziyyətə görə Ermənistan-İran sərhədi istənilən vaxt de-fakto bağlana bilər.

 





23.11.2018    çap et  çap et