Vaxt.Az

... Azərbaycan nefti bahalaşdı


 

Qara qızılın digər növləri ucuzlaşarkən ...

... Azərbaycan nefti bahalaşdı Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,18 dollar geriləyərək 60,30 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 51,35 dollar olub.

Azərbaycan neftinə gəlincə, onun qiyməti bahalaşıb.

Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,88 dollar artaraq 63,13 dollar təşkil edib.

 





27.11.2018    çap et  çap et