O, bildirib ki, müayinədən sonra həkimlər sənətkara dəqiq diaqnoz qoyacaqlar: «Hər kəsi tanıyır, eşidir, lakin danışmaqda çətinlik çəkir. Demək olar ki, danışmır. Fevralın 9-da qəzadan sonra halı pisləşdi. Həkim çağırdıq. Həkimlər xəstəxanaya yerləşdirməyi məsləhət gördülər, lakin Ramiz müəllim razı olmadı. Evdə müalicə olunurdu. Düşünürdük ki, yaxşı olar. Amma son günlər vəziyyəti lap pisləşdi, kritik hala çatdı». Xatırladaq ki, yaşadığı ünvan ərazisində avtomobil qəzası keçirən sənətkar maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməyib. Bunu onun ailə üzvləri bildirib.