Konstitusiyasının bərpası ilə bağlı qərar Ali Radada səs qoyuldu. Bu saatlarda №4163 saylı qanunun uyğun layihəsinə açıq səsvermə keçirilib və 397 xalq deputatı səslə qəbul olunub. Hakim «Region» partiyasının 140 deputatın da qanunun lehinə səs verməsi diqqət çəkib.
Xatırladaq ki, tarixin arxivinə göndərilən Konstitusiya layihəsinə görə hökumətin formalaşdırılması səlahiyyətləri prezidentdə idi və bu yenidən parlamentə qaytarılıb. Bundan başqa, Ukrayna prezidentinə əlavə hüquq verən 80-dan çox qanun 5 gün ərzində ləğv olunmalıdır. Baktivşina fraksiyasının lideri Arseniy Yasenyukun sözlərinə görə, artıq Ali Radada xalq deputatlarının iştirakı ilə yeni fraksiya formalaşdırıla bilər. Onun sözlərinə görə növbəti parlament seçkiləri 2017-ci ildə keçiriləcək: «Bu ölkəmizdə hüququn və ədalətin bərpa olunmasına birinci addımdır».