Elə yerli mütəxəssislərdən birinə tapşırmaq lazımdır yığmanı.
Ayda da 5-10 manat məvacib verək ki, gün keçirtsinlər. Elə bütün yaş qrupları üzrə yığmalarda da belə etmək lazımdır.
Ta o vaxta qədər ki...
Məsələn, mən gözləyirdim, Vaqif Sadıqov deyəcək ki, yığmaya əcnəbi baş məşqçi gətirməyə, ona və köməkçilərinə milyonlarla manat vəsait verməyə ehtiyac yoxdur.
Onsuz da Azərbaycanlı futbolçuların hazırkı potensialı yetərli deyil. Deməli, biz böyük turnirlərə vəsiqə qazana bilməyəcəyik.
Məsələn, mən gözləyirdim, Vaqif Sadıqov deyəcək ki, AFFA-nı “yeyənlər”dən fərqli olaraq, regionlara tez-tez səfər edirəm.
Deyəcək ki, regionlarda futbol təsərrüfatı bərbad durumdadır, infrastruktur yoxdur, uşaqlar futbol oynamaq üçün normal meydança cəhənnəmə, 2 manatlı “kitayski” top da tapa bilmirlər.
Məsələn, mən gözləyirdim, Vaqif Sadıqov deyəcək ki, gəlin o əcnəbilərə verəcəyimiz vəsaiti regionlardakı azərbaycanlı balalara tərəf yönəldək.
Yönəldək ki, onlar da futbol oynasınlar.
Oynasınlar ki, bizdə də futbolçu olsun.
Olsun ki, yığma komandamız da uğur qazansın.
Uğur qazansın ki, AFFA-nı “yeyənlər” də “moladets” kəlməsini eşitsin.
Nə qədər qınaq eşidəcəklər ki?
Amma Vaqif Sadıqov demədi. Mən də daha Vaqif Sadıqovdan heç zad gözləmirəm. Bundan sonra özü özündən nəsə gözləyirsə, deməli, ürəkli, nikbin adamdır.
Məsələn deyirəm ey...
Natiq MUXTARLI