“Suriyadan çıxmağımız gözlənilməz deyil”. Bu sözləri ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb. “Suriyada çıxmağımız gözlənilməz deyil. Suriyadan çıxmağımız üçün illərdir kampaniya aparırdım. 6 ay əvvəl bunu edəcəyimi açıq-aşkar bildirmişdim”, - deyə Donald Tramp vurğulayıb.ABŞ prezidenti iddia edib ki, Suriyada olmalarının tək səbəbi İŞİD idi. İŞİD-i məğlub ediblər: “Qoy indi İŞİD-lə Rusiya, İran və Suriya mübarizə aparsınlar, çünki regiona öz coğrafi yaxınlığı baxımından onun düşməni onlardır”.
Qeyd edək ki, dekabrın 19-da D.Tramp ABŞ-ın Suriyadan çıxması haqqında qərarı imzalayıb. Ötən gündən ABŞ ağır texnikasını bu ölkədən çıxarır.
çap et