Vaxt.Az

2019-da nefti nə gözləyir?


 

“85 dollar istehlakçıya, 55 dollar isə istehsalçıya sərf etmir”

2019-da nefti nə gözləyir? Həddindən artıq təklif və tələbə dair narahatlıqlar, neftdə bu il də qeyri-sabit (volatil - qiymətlərdəki dəyişmənin yüksək aralıqlarda reallaşması) bir il ola biləcəyini göstərir. Ötən ilin Oktyabr ayında 4 ilin ən yüksək səviyyəsinə qalxıb sonra 30 dollardan çox düşən xam neft qiymətləri, 2018-ci ildə volatil bir yol keçdi.

Beynəlxalq Enerji Agentliyinin (UEA) Neft Sənayesi Departamentinin rəhbəri Neil Atkinson 2019-da böyük naməlumluqlar, qeyri-müəyyənliklər olduğunu və bəzi trendlərin "daha təhlükəli" ola biləcəyini bildirib.

"CoconoPhillips"iin icraçı direktoru Ryan Lance sektor üçün xüsusilə geosiyasi risklərin ciddi risk yaratdığını deyib. "Pacific Investment Management Co"nun idarəçisi Greg Sharenow isə OPEC-in siyasətində şok bir dəyişiklik gözlənmədiyini, bunun da volatilliyi azalda biləcəyini qeyd edib.

Bəs mütəxəssislər nə düşünür?

 

“Conocophillips”in icraçi direktoru Rayan Lans (Ryan Lance)

“Şimal Amerikada şist qazı istehsalının sürətli artıması və azalmasının təsiri ilə neft bazarlarında volatilliyin davam etməsini gözləyirik. Şist qazının uzun illər sektorda liderlik edəcəyinə inanırıq.

Geosiyasi qeyri-müəyyənliklər, qlobal iqtisadi inkişafda yavaşlama və enerji tələbində azalmanı yaxın müddətdə ən ciddi risklər olaraq görürük”.

 

 

“Pimco"nun idarəçisi Qreq Şarenov (Greg Sharenow)

“OPEC-in siyasətində şok bir dəyişiklik olmasa bu, volatilliyi azalda bilər. Ancaq ən yaxşı hesablanan planlar belə bu səbəblərə görə tərsinə dönə bilər;

- ABŞ-da istehsalın proqnozları aşmağa davam edib-etməyəcəyi,

- Qlobal iqtisadiyyatdakı yavaşlamanın daha da pisləşib-pisləşməyəcəyi və siyasətçilərin bunu dəyişdirib - dəyişdirməyəcəyi,

- ABŞ-ın İrandan xam neft alıcılarına əlavə təzyiq edib etməyəcəyi..."

 

UEA-nin departament rəhbəri Nil Atkinson (Neil Atkinson)

“Yeni ildə trendleri proqnozlaşdırmaq normaldan daha çətin görünür. Tələb və təklif tərəfində uzun bir qeyri-müəyyənlik  siyahısı mövcuddur.

Əgər OPEC və OPEC-ə üzvü olmayan 10 istehsalçının neft hasilatını azaltmaq razılaşması müvəffəqiyyətli olsa neft bazarında yenidən sabitləşmə olacaq.

ABŞ-ın İrana sanksiyalarının davamının olub-olmayacağını görəcəyik. Venesuelada istehsalda daha çox azalma olacaqmı? Liviya istehsalı davam etdirə biləcəkmi? Bunlar böyük qeyri-müəyyənliklərdir, UAE olaraq 2018-dəki kimi volatillik olmayacağına ümid edirik.

Oktyabr ayının əvvəlində olduğu kimi neftin barel qiymətinin 85 dollardan yüksək olması istehlakçı üçün yaxşı deyil. Ancaq istehsalçı üçün də 55 dollar səviyyəsi yaxşı deyil”.

 





07.01.2019    çap et  çap et