Hümməti, sosial media hesabından verdiyi açıqlamada, layihənin Nazirlər Kabinetindən sonra Məclisdə qəbul edilməsilə İran rialından 4 sıfırın atılacağını, mövcud 10 min rialın 1 tümən olacağını və 1 tümənin də yeni çıxarılacaq 100 riallıq əskinasa bərabər olacağını bildirib.
Hümməti, layihənin qəbul edilməsilə yeni banknotların çapına başlanacağını bildirib.
Qeyd edək ki, hazırda qonşu ölkədə 1 ABŞ dollarının məzənnəsi, təxminən, 10 min rial təşkil edir.