Vaxt.Az

ABŞ Türkiyəni itirəcəkmi?


 

Yaxın zamanda Trampın belə bir açıqlamasını gözləməyə dəyər

ABŞ Türkiyəni itirəcəkmi? “Bizim Rəcəb Tayyib Ərdoğanla yeni razılıq əldə etdik və əraziləri yenidən Türkiyəyə təhvil verəcəyimizi bildirdik”. Trampın bu açıqlaması hansı halda baş verə bilər?

Düşünürəm ki, yaxın vaxta deyil, ən azı 2 aya yaxın bir müddət keçdikdən sonra eşidə bilərik bu barədə. Çünki, əvvəlki postlarda da qeyd etdiyim kimi Donald Trampın bu cür canfəşanlığı məhz radikal kürdlərin mövqelərinin möhkəmlənməsi üçün nəzərdə tutulmuşdu. Həmin müdafiə sistemlərinin qurulması heç də çətin deyil ABŞ üçün. Ən azından bunu “Zeytun Budağı” əməliyyatı zamanı gördük ki, Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinə daxil olduqları zaman bütün yeraltı xəndəklər olduqca professional və planlı şəkildə qurulmuş, eyni zamanda 70-80 sm-lik betonla örtülmüşdü. Ssenarinin təkrarlanacağını gözləyirəm.

Bu zaman belə bir sual ortaya çıxır ki, ABŞ yenidən Türkiyə kimi müttəfiqini itirmək istəyəcəkmi?!

1. Hesab edirəm ki, Donald Trampın Suriyadan çıxmaq kimi bir istəyi var. Çünki, o bir biznesmendir və fikirləşdiyi əsas məsələ də iqtisadi vəziyyətdir. Lakin, bu heç də Trampın tək qərar verməsi kimi düşünülə bilməz. Belə ki, həmin qərardan sonra Pentaqon rəhbəri James Mattisin və digər təcrübəli hərbiçilərin istefasının şahidi olduq. Bu cür hallar Trampın ölkə daxilindəki reputasiyasına da birbaşa zərbə idi. Çünki, istefa vermiş şəxslər Amerika üçün olduqca böyük işlər görmüş və müharibələrdə döyüşmüş insanlar idi. Eyni zamanda da konqresi diqqətdən qaçırtmaq olmaz. Belə ki, aralıq seçkilərindən sonra konqresdə respublikaçılarla demokratların sayını bərabərləşdirdi. Bu isə Trampın hesablaşmalı olduğu amillərdən daha biri idi. Bütün bunları nəzərə alaraq Tramp bu qərarından imtina etməli və fərqli yollar axtarmalı idi. Eyni zamanda da ölkədəki ona qarşı çevrilmiş siyasi gücləri bir qədər ləngitməli idi.

2. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ABŞ illərlə əvvəl hazırladığı “Böyük Orta Doğu” projesini Türkiyədən birmənalı olaraq üstün tutacaqdı. Çünki, qlobal güc olaraq ABŞ-a Yaxın Şərqdə sadiq bir müttəfiq lazımdır. Təbii ki, İsrail var lakin bu yetmir. ABŞ bu ərazilərdə Böyük Kürdistan yaratmaq istəyir ki, bununla da təbii olaraq ilk öncə qarşısında Türkiyəni görür. Düşünürəm ki, Tramp bu açıqlaması ilə həm PKK/YPG -ə vaxt qazandırır, həm də Türkiyəyə satılacaq olan Patriot hava hücumundan müdafiə sistemlərinin satışını istədikləri kimi həyata keçirtmək , yəni Rusiyadan “S-400” almadan etmək fikrindədir. Lakin, Türkiyə təbii ki, bütün bunları anlayır və hər iki sistemə də sahib olmaqda qərarlıdır.

Türkiyə tərəfinin mövqeyi də hər kəsə maraqlıdır.

Fikrimcə, Türkiyə artıq ABŞ-ın hər hansı bir müsbət addım atmayacağını başa düşür və alternativ yollar axtarır. Bu da təbiidir ki, bu mənada onu Rusiyaya daha da yaxınlaşdıracaq.

Bəs bu yaxınlıq meydanda necə təzahür edəcək?

Düşünürəm ki, Mənbiç əməliyyatında gecikmələr olsa belə, daha dəqiq desək, ABŞ Türkiyəni hədələsə belə Türkiyə terror qruplaşmalarının yerləşdiyi əraziləri bombalayacaq. Çünki, belə hal bundan əvvəl də baş verib və Türkiyə o zaman da bu cür etmişdi. Cerablusda əməliyyat zamanı ABŞ Türkiyəyə buraya girəcəkləri təqdirdə qarşılıq verəcəklərini demişdi. Lakin, Türkiyə də eyni qaydada girəcəklərini demişdi. Amma, TSQ həmin bölgəyə girdiyi zaman bir dənə də olsun ABŞ əsgəri yox idi. Bu mənada Türkiyənin dayanmayacağını gözləməyə dəyər. Rusiya ilə birgə hərəkət təbii ki, ABŞ-ı razı sala bilməz. Bunun üçün də əlindən gəldiyi qədər bu cür ultimatunlarla vaxt qazanaraq PKK/YPG terror qruplaşmalarına vaxt qazandıraraq onların əli ilə bu bölgələrdə varlıqlarını davam etdirməyə cəhd edəcəklər. Hətta onların sırasına yüksək səviyyədə təlim görmüş ABŞ əsgərləri də cəlb oluna bilər və olacaq da. Məsələn, Afrin əməliyyatı zamanı həmin əsgərlərin bir sıra fotoları üzə çıxmışdı. Lakin, üzləri açıq şəkildə deyil, eynilə digər terroristlər kimi. Onları bu cür ayırd edə bilərdik ki, ayaq əzələləri daha böyük, cüssələri isə daha fərqli idi. Bunu Türkiyə araşdırmaçıları qeyd edirdi…

 





18.01.2019    çap et  çap et