Beynəlxalq Enerji Agentliyinin aylıq
neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam
neft istehsalı gündəlik 590 min barel azalaraq 39 milyon 400 min barel olub.
Dekabrda OPEC daxilində ən çox istehsal artımı Anqola, Nigeriya və Qabonda
olub. Nigeriyada neft hasilatı 400 min barel artaraq 1 milyon 660 min barelə,
Anqolada da 400 min barel artaraq gündəlik 1 milyon 480 min barelə yüksəlib.
Qabonda isə gündəlik hasilat 200 min barel artımla 1 milyon 60 min barelə
qalxıb.
Hesabata görə, ötən ay OPEC daxilində ən çox istehsal azalması Səudiyyə Ərəbistanında baş verib. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 420 min barel azalaraq 10 milyon 640 min barelə enib.
İran və Liviya da neft hasilatı azalıb. Dekabrda İranda gündəlik hasilatı 170 min barel azalma ilə 2 milyon 800 min barelə, Liviyada isə 120 min barel azalma ilə 990 min barelə enib.
Dekabrda OPEC-ə üzv olmayan ölkələrin neft hasilatı isə 360 min barel azalaraq 61 milyon 200 min barel olub. Beləliklə, qlobal neft hasilatı Dekabrda əvvəlki ayla müqayisədə 950 min barel azalaraq gündəlik təxminən 100 milyon 600 min barelə enib.
Hesabata görə, bu il OPEC-ə üzv olmayan ölkələrin neft hasilatın ötən illə müqayisədə gündəlik orta hesabla 1 milyon 600 min barel artaraq 62 milyon 100 min barelə yüksələcək.
2019-da tələbat artacaq
Bu il qlobal neft tələbinin gündəlik orta hesabla 1 milyon 400 min barel artımla 100 milyon 700 min barelə yüksələcəyi proqnozlaşdırılır.
Qlobal neft hasilatının azaldığının açıqlanmasından sonra neft qiymətləri yüksəlib. “Brent” nefti 2,5 faiz bahalaşaraq 62,70 dollara qalxıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,79 dollar və yaxud 2,86 faiz artaraq və 64,40 dollara bərabər olub.
Xatırladaq ki, “Azeri Light”ın minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.