Vaxt.Az

“80 dollara çatmayacaq”


 

“55 dollardan yüksək olacaq, amma ...”

“80 dollara çatmayacaq” “Bu il dünyada neftin qiyməti 55 dollar həddindən yüksək olacaq, amma 80 dollar səviyyəsinə çatmayacaq”. Bu sözlər rusiyalı ekspert Leonid Xazanova aiddir.

Ekspertin sözlərinə görə bu, onunla bağlıdır ki, bir tərəfdən OPEK+ ölkələri neft hasilatını sutkada 1,2 milyon barel azaltmaq qərarına gəlib, amma digər tərəfdən ABŞ “qara qızıl”ın ixracatçısına çevrilərək bazar konyunkturuna təzyiq göstərir: “Qlobal iqtisadiyyatdakı problemlər də öz rolunu oynayır. Ona görə də neftə tələbatın genişlənəcəyini gözləməyə dəyməz”.

O əlavə edib ki, qlobal neft bazarındakı vəziyyət Rusiya, Azərbaycan və Qazaxıstanda vergi gəlirlərinin həcminə və dinamikasına təsir edəcək.

 





21.01.2019    çap et  çap et