Fələstinlilər İsraili rəsmi şəkildə yəhudi dövləti kimi tanıya bilər. ANS PRESS-in verdiyi məlumata görə belə bir iddia ilə Fələstin Azadlıq Təşkilatının üzvü Nabil Amr çıxış edib.Onun sözlərinə görə Fələstin rəhbərliyi müəyyən şərtlər çərçivəsində İsraili yəhudi dövləti kimi tanıya bilər. «Bu məsələ hələlik sual altındadır. Amma ölkədə ümummilli referendum keçirilərkən məsələ öz həllini tapmalıdır», deyə N.Amr bildirib.
O, həmçinin qeyd edib ki, İsrail-Fələstin münasibətlərində ABŞ konkret addımlar atmalıdır.
  çap et