Vaxt.Az
Boşandılar...
Arif Alışanov bu dəfə yandı...
Bir həftədən artıqdır AzTV-nin sədri vəzifəsindən azad olunan Arif Alışanov mətbuatın gündəmindən düşmür. Bu dəfə onun ailə həyatı ilə bağlı sensasion sayıla biləcək məlumatlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, Arif Alışanovun
xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən
boşanıb. Bildirilir ki, bu ayrılıq prosesi Alışanovun işdən çıxarılmasından bir
qədər öncə baş tutub.
Mehriban Alışanova hazırda Hesablama Palatasının
5 auditorundan biridir. Onların bu evlilikdən 3 övladı var.
Qeyd edək ki, boşanmaya səbəb kimi Arif
Alışanovun son zamanlar şəxsi həyatında baş verən proseslər göstərilir. Arif
Alışanovun dövlət televiziyasının sədri olmasına baxmayaraq, özünü bu posta
qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun
ailəsində ciddi narazılıqların yaranmasına səbəb olub.
24.01.2019 çap et