Vaxt.Az

“Asayiş pozulub”


 

Meriya müxalifətin növbəti mitinqinə icazə vermədi

“Asayiş pozulub” Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.

Bildirilir ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Yerli mətbuat yazır ki, cavab məktubunda qeyd olunduğuna görə, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Bildirilir ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib.

 





24.01.2019    çap et  çap et